Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş müdafiə naziri David Tonoyanı saxlayıb və mənzilində axtarış aparılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Qraparak" qəzeti yayıb.
Mənbə yazır ki, cinayət işi 2011-ci ildə keçirilən silah və döyüş sursatının tenderi ilə bağlıdır.
Buna görə Ermənistan Hərbi Hava Qüvvələrinin komandanı Avetik Muradyan həbs edilib.
Bizim.Media