İranın şimal-qərbində keçirdiyi hərbi təlimlər suverenlik məsələsidir.
Bizim.Media İRNA agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə çərşənbə axşamı Azərbaycan Respublikası Prezidentinin bəyanatları ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, hərbi təlimlər bölgədə sülhün və sabitliyin təmin edilməsinə xidmət edir:
“İran İslam Respublikası İsrailin sərhədləri yaxınlığında nümayişkaranə olmasına dözməyəcək və təhlükəsizliyi üçün zəruri hesab etdiyi hər şeyi edəcək”.
Bizim.Media