Sentyabrın 30-dan oktyabrın 4-dək İranın cənubunda güclü qasırğa olacaq.
Bizim.Media xəbər verir ki, bunu Limanların Mühafizəsi və Təhlükəsizliyi Xidmətinin və İran Dəniz Təşkilatının rəhbəri Nader Pasande deyib.
O bildirib ki, güclü fırtına Makran və Çabahar yaşayış məntəqələrindən Hörmüz boğazına qədər sahil ərazilərini əhatə edəcək.
"Yeddi metrdən artıq dalğalar gözlənilir. Bu, limanlarda gəmilər, avadanlıqlar və yüklər üçün ciddi təhlükə yaradır və bütün maraqlı tərəfləri xəbərdarlığımıza fikir verməyə çağırırıq. Fırtına oktyabrın 4-dək davam edəcək", - deyə İRNA agentliyi bildirib.
Bizim.Media