Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan hesab edir ki, erməni xalqı baş nazir Nikol Paşinyanı heç vaxt bağışlamayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan “Facebook" hesabında yazıb.
Bundan əvvəl Paşinyan Levon Ter-Petrosyan və Robert Koçaryanın Moskvaya baş tutmayan səfərləriı barədə danışıb.
Baş nazir bildirib ki, Vladimir Putinin keçmiş prezidentləri xüsusi nümayəndə kimi qəbul etməsi üçün ona vasitəçi rolunu oynamağı təklif ediblər, amma razılaşmayıb.
“Ter-Petrosyan milləti ölümə aparan bu zərərvericinin dediklərinə münasibət bildirməyi mənasız hesab edir. İstədiyini danışsın. Onsuz da özünə haqq qazandırmaq şansı yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq".
Bizim.Media