Birləşmiş Ərəb Əmirlikləri Ermənistana dəyərindən ucuz tanklar satacaq.
Bizim.Media xəbər verir ki, bu barədə, Ermənistan mətbuatı açıqlama yayıb. Bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri Belarusdan 350 dənə T-62 və T-72 tankı sifariş verib. Onlardan 300-ü ucuz qiymətə Ermənistana satılacaq.
Qeyd edilib ki, bu razılıq hər iki tərəfin görüşü zamanı əldə edilib.
Xatırladaq ki, iki həftə əvvəl Ermənistan prezidenti Armen Sarkisyan Birləşmiş Ərəb Əmirliklərində vəliəhd Məhəmməd bin Zayedlə görüşüb.
Görüşdə iki ölkə arasındakı əlaqələrin inkişafı, Mərkəzi Asiya və Qafqazdakı regional məsələlər və inkişaflar müzakirə edilib.
Bizim.Media