ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Ağ Evin mətbuat katibi vəzifəsinə Cen Psakini təyin etmək istəyir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə bir sıra aparıcı ABŞ KİV-ləri məlumat yayıb.
Psaki daha əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri olub, hazırda Baydenin keçid komandasının məsləhətçisidir.
Bildirilir ki, Co Bayden Ağ Evin kommunikasiyalar üzrə direktoru vəzifəsinə Keyt Bedinqfildi təyin etmək niyyətindədir.
Bizim.Media