Türkiyənin Muğla şəhərində palçıq yağışı müşahidə olunub.
Bizim.Media türk mediasına istinadən xəbər verir ki, Muğlanın Bodrum mahalında hava qəfildən qaralıb, toz-duman qopub, sonra yağan yağış palçıq şəklində yerə düşüb.
Əhaliyə xəbərdarlıq edilib ki, Afrikanın şimalından gələn qum fırtınaları nəticəsində meydana gələn palçıq yağışları tənəffüs xəstəliklərindən əziyyət çəkən insanlar üçün təhlükəli ola bilər.
Bizim.Media