İranda bir gün ərzində 12 min 950 nəfər koronavirus infeksiyasına yoluxub, 389 nəfər isə ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 948 min 749-a, ölənlərin sayı isə 47 min 875-ə çatıb.
Xəstəxanalarda müalicə olunan 5 min 859 xəstənin vəziyyəti ağırdır. 658 min 292 nəfər isə sağalaraq evə buraxılıb.
Bizim.Media