“Krım Türkiyənin nöqteyi nəzərindən onların torpağı olub. Çar Yekaterina Krımı kimdən alıb? Ukraynada yox. Krım de-fakto Osmanlı imperiyasının bir hissəsi idi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri rusiyalı şərqşünas alim, professor Yevgeni Satanovski “Solovyov Live” proqramında deyib.
Onun sözlərinə görə, Türkiyə bir neçə onilliklər ərzində Sovet İttifaqının dağılmasını gözləyib:
“Ərdoğan yox, Kamal Atatürk. SSRİ-nin dağılmasını gözləyib və “Bu, bizim şansımızdır" deyib. 90-cı illərdə isə Kamal Atatürkün sözləri gerçəkləşib”.
Bizim.Media
