“Əminəm ki, ölkəmiz bu vəziyyətdən çıxacaq, mübarizə apardığımız xəyallarımız çin olacaq, hələ çox işimiz var”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan jurnalistlərə müsahibəsində bildirib.
"Bu münasibətlə Milli Təhlükəsizlik Xidməti bir bəyanat yaydı, Baş Qərargah buna şərh verməyəcək" deyə o, qeyd edib.
Sonra mətbuat nümayəndəsi təkid edərək yolun təhlükəsizliyindən narahatlığını bildirəndə Davtyan Gorus-Qafan yolu ilə şəxsən maşın sürdüyünü və orada hər şeyin yaxşı olduğunu vurğulayıb.
Baş Qərargah rəisi xəyallarının çin olması üçün hansı ön şərtləri gördüyü sualına qeyri-müəyyən cavab verib:
“Heç bir problem yoxdur, vətəndaşlar Zəngəzura tamamilə təhlükəsiz gedib gələ bilərlər”.
"Təhlükəsizlik mövzusunda tam bir mühazirə oxuya bilərəm. Zənnimcə, bütün sualları cavablandırdım, bununla kifayətlənək”, deyə o yekunlaşdırıb.
Bizim.Media