İƏT Ermənistanın təcavüzü ilə bağlı qətnamələr qəbul etdi

Niger Respublikasının paytaxtı Niamey şəhərində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclası keçirilib.

Bizim.Media bildirir ki, bu barədə  Azərbaycanıın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat verilib.

İƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən qətnamələr qəbul edilib.

Qeyd edək ki, İƏT tərəfindən ənənəvi olaraq hər il qəbul olunan bu qətnamələrə bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar daxil edilib.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə bu ilin 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, təcavüz çərçivəsində mülki şəxslərə və mülki infrastruktura böyük zərərin vurulması, o cümlədən Azərbaycanın cəbhə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Tərtər şəhərlərinin sıx yaşayış məskənlərinin ağır artilleriya, ballistik və kaset raketlərinin hücumuna məruz qalmasını qətiyyətlə pislənilib. Ermənistan qüvvələri tərəfindən Azərbaycan mülki əhalisinə qarşı törədilən aktlar müharibə cinayəti və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilib.

Sənəddə Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərinin əhəmiyyətli hissəsini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı üzv ölkələr tərəfindən alqışlanıb.

“Azərbaycan Respublikasına iqtisadi yardım” adlı qətnamədə Azərbaycan ərazilərinin işğaldan azad olunmasının Azərbaycan Respublikasının ərazisindəki bir milyondan çox məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və şərəfli qayıdışına və beləliklə də ciddi humanitar problemlərin aradan qaldırılmasına imkan verəcəyi qeyd olunur. Bu xüsusda üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması və bərpasında Azərbaycan Hökumətinə və Xalqına yardım etməyə çağırış öz əksini tapır.

Burada, habelə bütün beynəlxalq institutlar Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə çağırılır.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” adlı qətnamədə Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilir, yenicə azad olunmuş ərazilərdə yerləşən Məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılır.

Qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunur.

Qeyd edək ki, qətnamələr İƏT-in 57 üzv ölkəsi tərəfindən qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dağıstanda BƏND UÇDU: 2 mindən çox yaşayış binasını SU BASDI - VİDEO

Dağıstanda BƏND UÇDU: 2 mindən çox yaşayış binasını SU BASDI - VİDEO

Azərbaycanda havaya görə 3 LİMAN BAĞLANDI

Azərbaycanda havaya görə 3 LİMAN BAĞLANDI

Yol kənarı ilə gedirdi, maşın vurub öldürdü

Yol kənarı ilə gedirdi, maşın vurub öldürdü

Siyəzən-Məşrif avtomobil yolunda körpü uçdu

Siyəzən-Məşrif avtomobil yolunda körpü uçdu

Brent neftinin qiyməti 110 dolları ötdü

Brent neftinin qiyməti 110 dolları ötdü

Bakıda taksilər qiyməti kəskin qaldırdı

Bakıda taksilər qiyməti kəskin qaldırdı

Bu yollar bağlanacaq - TARİX

Bu yollar bağlanacaq - TARİX

Arvadını döydü - Cinayət məsuliyyətindən azad edildi

Arvadını döydü - Cinayət məsuliyyətindən azad edildi

İlham Əliyev Gürcüstanda səfərdədir

İlham Əliyev Gürcüstanda səfərdədir

Məktəbdə dava: Xadimə direktora hücum etdi

Məktəbdə dava: Xadimə direktora hücum etdi

İran İsraili atəşə TUTDU: Yaralananlar var - VİDEO

İran İsraili atəşə TUTDU: Yaralananlar var - VİDEO

İntensiv yağış nə vaxtadək DAVAM EDƏCƏK?

İntensiv yağış nə vaxtadək DAVAM EDƏCƏK?

Qızıl yenə bahalaşdı, gümüş isə ...

Qızıl yenə bahalaşdı, gümüş isə ...

İran Trampın müharibədəki bütün "qələbələrini" saydı - FOTO

İran Trampın müharibədəki bütün "qələbələrini" saydı - FOTO

Moskva Londonu qisasla hədələdi: “Bədəli çox ağır olacaq”

Moskva Londonu qisasla hədələdi: “Bədəli çox ağır olacaq”

İranın yeni ali liderinin görüntüləri yayıldı - VİDEO

İranın yeni ali liderinin görüntüləri yayıldı - VİDEO

Tehrana zərbə endirildi - 13 ölü var - VİDEO

Tehrana zərbə endirildi - 13 ölü var - VİDEO

MN: "Partlayış olacaq, təşvişə düşməyin" - FOTO

MN: "Partlayış olacaq, təşvişə düşməyin" - FOTO

"Bitcoin" bahalaşdı

"Bitcoin" bahalaşdı

Kürdəxanıda avtomobil piyadanı vurub öldürdü

Kürdəxanıda avtomobil piyadanı vurub öldürdü

Su çiçəyi yenidən yayılır – Pediatrdan xəbərdarlıq

Su çiçəyi yenidən yayılır – Pediatrdan xəbərdarlıq

Dünya Bankı qaz sızmalarına görə SOCAR-a 15 milyon dollar ayıracaq

Dünya Bankı qaz sızmalarına görə SOCAR-a 15 milyon dollar ayıracaq

Yeni məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Yeni məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Qrız kəndində qarın hündürlüyü 34 sm-ə çatdı - FOTO

Qrız kəndində qarın hündürlüyü 34 sm-ə çatdı - FOTO

End of content

No more pages to load

RADİO