“Associated Press” Gəncədəki erməni terroru barədə reportaj yayımladı - FOTOLAR

“Associated Press” agentliyi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Gəncə şəhərinə etdiyi raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb.

Bizim.Media xəbər verir ki, raket hücumu nəticəsində yaranmış dağıntıların görüntüləri, yaxınlarını itirmiş insanların fikirləri yer alıb.

Bildirilir ki, Gəncə şəhərinin Muxtar Hacıyev küçəsində binalar dağılmış, insanlar, avtomobillər dağıntılar altında qalıb. Həlak olmuş mülki şəxslərin, o cümlədən uşaqların xatirəsini yad etmək üçün buranı ziyarət edənlər əllərində güllər, oyuncaqlar gətirirlər.

Şairə Quliyeva adlı sakin qardaşı oğlu 13 yaşlı Artur Mayakovun öldüyünü deyərək ağlayır:

“O, çox istedadlı, bacarıqlı, həyat eşqi ilə dolu bir uşaq idi. Bu uşaqların günahı nə idi? Bu qədər insan öldü. Təkcə bizim küçəmizdən 14 nəfər həlak oldu. Bu insanların günahı nə idi? Niyə dünya ictimaiyyəti buna göz yumur?”.

Digər sakin Təzəgül Şahnəzərova hücum nəticəsində oğlunu, gəlinini və nəvəsini itirdiyini deyir:

“Mən artıq itirdiyimi itirmişəm. Qırx beş illik əməyimizlə tikdiyimiz, yığdığımız hər şeyi itirdik. Lakin bu, mənim gözümə görünmür. Məni övladlarımın həlak olması yandırır. Mən onları istəyirəm, lakin onlar yoxdur. Bir mən, bir də körpə nəvəm sağ qalmışıq”.

Reportajda bildirilir ki, oktyabrın 17-də gecə Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə edilən raket hücumu nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb. Artur Mayakov həmin hücum nəticəsində ağır yaralanıb, lakin sonradan müalicə aldığı xəstəxanada ölüb. O, 2007-ci ildə Rusiyada anadan olmuşdu.

Azərbaycan rəsmiləri Gəncəyə “SCUD” raketi ilə endirilən zərbə nəticəsində yaşayış binalarının dağıldığı və ya ciddi ziyan gördüyünü bildirirlər. Dağıntıların altından meyitlərin və yaralıların çıxarılması saatlar çəkib. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Gəncəyə edilən raket hücumunu müharibə cinayəti adlandırıb və buna görə məsuliyyəti Ermənistan rəhbərliyinin daşığını bildirib.

Reportajda Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verilir.

Bildirilir ki, sentyabrın sonlarında alovlanan münaqişə iki həftə əvvəl başa çatıb. Bu hadisə Bakıda böyük qələbə kimi qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dağıstanda BƏND UÇDU: 2 mindən çox yaşayış binasını SU BASDI - VİDEO

Dağıstanda BƏND UÇDU: 2 mindən çox yaşayış binasını SU BASDI - VİDEO

Azərbaycanda havaya görə 3 LİMAN BAĞLANDI

Azərbaycanda havaya görə 3 LİMAN BAĞLANDI

Yol kənarı ilə gedirdi, maşın vurub öldürdü

Yol kənarı ilə gedirdi, maşın vurub öldürdü

Siyəzən-Məşrif avtomobil yolunda körpü uçdu

Siyəzən-Məşrif avtomobil yolunda körpü uçdu

Brent neftinin qiyməti 110 dolları ötdü

Brent neftinin qiyməti 110 dolları ötdü

Bakıda taksilər qiyməti kəskin qaldırdı

Bakıda taksilər qiyməti kəskin qaldırdı

Bu yollar bağlanacaq - TARİX

Bu yollar bağlanacaq - TARİX

Arvadını döydü - Cinayət məsuliyyətindən azad edildi

Arvadını döydü - Cinayət məsuliyyətindən azad edildi

İlham Əliyev Gürcüstanda səfərdədir

İlham Əliyev Gürcüstanda səfərdədir

Məktəbdə dava: Xadimə direktora hücum etdi

Məktəbdə dava: Xadimə direktora hücum etdi

İran İsraili atəşə TUTDU: Yaralananlar var - VİDEO

İran İsraili atəşə TUTDU: Yaralananlar var - VİDEO

İntensiv yağış nə vaxtadək DAVAM EDƏCƏK?

İntensiv yağış nə vaxtadək DAVAM EDƏCƏK?

Qızıl yenə bahalaşdı, gümüş isə ...

Qızıl yenə bahalaşdı, gümüş isə ...

İran Trampın müharibədəki bütün "qələbələrini" saydı - FOTO

İran Trampın müharibədəki bütün "qələbələrini" saydı - FOTO

Moskva Londonu qisasla hədələdi: “Bədəli çox ağır olacaq”

Moskva Londonu qisasla hədələdi: “Bədəli çox ağır olacaq”

İranın yeni ali liderinin görüntüləri yayıldı - VİDEO

İranın yeni ali liderinin görüntüləri yayıldı - VİDEO

Tehrana zərbə endirildi - 13 ölü var - VİDEO

Tehrana zərbə endirildi - 13 ölü var - VİDEO

MN: "Partlayış olacaq, təşvişə düşməyin" - FOTO

MN: "Partlayış olacaq, təşvişə düşməyin" - FOTO

"Bitcoin" bahalaşdı

"Bitcoin" bahalaşdı

Kürdəxanıda avtomobil piyadanı vurub öldürdü

Kürdəxanıda avtomobil piyadanı vurub öldürdü

Su çiçəyi yenidən yayılır – Pediatrdan xəbərdarlıq

Su çiçəyi yenidən yayılır – Pediatrdan xəbərdarlıq

Dünya Bankı qaz sızmalarına görə SOCAR-a 15 milyon dollar ayıracaq

Dünya Bankı qaz sızmalarına görə SOCAR-a 15 milyon dollar ayıracaq

Yeni məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Yeni məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Qrız kəndində qarın hündürlüyü 34 sm-ə çatdı - FOTO

Qrız kəndində qarın hündürlüyü 34 sm-ə çatdı - FOTO

End of content

No more pages to load

RADİO