Türkiyədə son sutkada 30 min 103 nəfər koronavirusa yoluxub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O, bu gün 30 min 103 nəfərin testinin nəticəsi pozitiv çıxdığını, həmin şəxslərdən də 6 min 714-də Covid-19 əlamətlərinin olduğunu bildirib. Son sutkada ölənlərin sayı isə 182 nəfərdir.
Son sutkadakı yoluxma və öüm sayı Türkiyədə indiyədək qeydə alınmış ən yüksək rəqəmlərdir. Hazırda ölkədə 4 min 903 xəstənin vəziyyətinin ağır olduğu qeyd edilib.
Bizim.Media