“Bölgədə kommunikasiyaların açılması 2 il ərzində Ermənistanın ÜDM-ni 30% artıracaq”.
Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.
Onun sözlərinə görə, bu cür qiymətləndirmələr Dünya Bankı və Asiya İnkişaf Bankının analizlərində qeydə alınıb.
"Hamımız başa düşürük ki, yolların açılması ümumi iqtisadi inkişaf səylərimizin rəqabət qabiliyyətini artıracaq. İkitərəfli danışıqlarda iştirak edən Rusiya şirkətləri və təşkilatları da bunu nəzərə alır”, deyə o vurğulayıb.
Nazir bildirib ki, Ermənistan tərəfinin məqsədi bu danışıqları ağlabatan nəticəyə çatdırmaqdır. Əsasən ölkəmizin maraqları nəzərə alınmalıdır”.
Bizim.Media