Hizbullah təşkilatı İranın nüvə fizikası aliminin öldürülməsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Livanın “Al-Jadeed” telekanalı məlumat yayıb.
Hizbullah alimə edilən sui-qəsdi İranın inkişafına maneə kimi qiymətləndirib və hadisəni "terror aktı" adlandırıb:
“Hizbullah, görkəmli alim və müəllim Möhsün Fəhrizadənin ölümü ilə nəticələnən terror hücumunu qətiyyətlə pisləyir”-deyə qeyd edilib.
Xatırladaq ki, noyabrın 27-də silahlı şəxslər Tehrandaalim Möhsün Fəxrizadəyə hücum ediblər. Ağır yaralanan nüvə fiziki xəstəxanada dünyasını dəyişib.
Bizim.Media