Ermənistan parlamentinin deputatları premiya alıblar. “Hayastan” bloku isə müküfatları götürməkdən imtina edib.
Bizim.Media “Sputnik”ə istinadən xəbər verir ki, müxalif blokun nümayəndəsi İşhan Saqatelyan belə mükafatlardan imtina edəcəklərini açıqlayıb.
Onlar pulu ya büdcəyə qaytaracaq, ya da ki, sərhədyanı bölgələrdə olan yaşayış məntəqələrindəki layihələrə sərf olunmnasını tələb edəcəklər.
Bununla yanaşı, partiya konstitusiya məhkəməsində mükafatların qanuni olmadığını isbatlamaq istəyir. Çünki bu mükafatların verilməsi üçün heç bir kriteriya mövcud deyil:
“Yəni, uduzmuş ölkənin deputatı mükafat ala bilməz”.
Bizim.Media