İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək vəzifəli üzvü və İran nüvə proqramının əsas aparıcı kadrı Möhsün Fəxrizadə sui-qəsd nəticəsində öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Məlumata görə, o, Absərd şəhərində öldürülüb.
Qeyd edək ki, Fəxrizadə ABŞ-ın sanksiya tətbiq etdiyi İran rəsmilərindən biri idi.
Xatırladaq ki, ABŞ hərbi ekspertləri Fəxrizadəni İranın hərbi qara qutusu adlandırmışdılar.
Bizim.Media