Qarabağ məsələsinin həll yolları bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti tərəfindən müzakirə edilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı hökumət başçısının mətbuat xidməti yayıb.
Mənbə bildirir ki, bu kontekstdə tərəflər ATƏT-in Minsk Qrupu həmsədrlərinin işinin əhəmiyyətini vurğulayıblar.
Daha əvvəl fransız vasitəçi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Qarabağ nizamlanması mövzusunu müzakirə etmişdi.
Bizim.Media