Türk ordusu rus cəsusunu MƏHV ETDİ 

Rusiya kəşfiyyatı FSB ilə əlaqəsi olan "Məzlum Rus” kod adlı terrorçu PKK-nın sözdə Sincar nümayəndəsi təyin edilib.  

Bizim.Media türk mediasına istinadən xəbər verir ki, Sincarda olan yezidi kürd qaynaqları və İraq təhlükəsizlik qüvvələrindən alınan informasiyaya görə, Rusiyanın Çeylyabinski şəhərindən olan "Məzlum Rus” 2000-ci ildən FSB agenti olub və bir müddət Gürcüstanla Ermənistanda işləyib.

Yezidi kürdlərdən İraq ordusunun keçmiş zabiti Fayad Əziz deyib ki, PKK-nın bölgə nümayəndəsi Səid Həsən göstərilir, ancaq gerçəkdə bütün səlahiyyətlər "Məzlum Rus”a verilib.  
 

MÖVZU İLƏ BAĞLI:

Türk ordusu PKK terrorçularının sığınacaqlarını məhv etdi


İraq təhlükəsizlik qaynaqları terrorçunun Türkiyə, Suriya və İraqda bir sıra fəaliyyətlər göstərdiyini və rus kəşfiyyatı tərəfindən dəstəkləndiyini qeyd edib.  

Bəlli olub ki, "Məzlum Rus” kod adlı terrorçuya saxta Sincar kimliyi çıxarılıb, onu İraq Müdafiə Nazirliyi, Kəşfiyyat Xidmətinin rəhbəri və Baş nazir Mustafa Kazımı ilə görüşdürmək istəyiblər.

Rus kəşfiyyatına aid olan "Məzlum Rus” ilk terror təcrübəsini Ermənistanda PKK nümayəndələrinə aid Basarkeçərdə, daha sonra Kəlbəcər bölgəsindəki terror düşərgələrində topladığı deyilir.

Ermənistan və Rusiya vətəndaşı terrorçuların çoxluq təşkil etdiyi "Ağrı qartalları” qrupunun liderlərindən olan "Məzlum Rus” Suriyada PKK bazasında "Nubar Ozanyan” qrupunu da qurub.
 

Terrorçu eyni zamanda Kakkari, Şırnak, Van, Bingöl və Şimali İraqda bir sıra hücumlarda rol alıb. Türkiyədəki "Xəndək” təxribatlarında da iştirak edib. Ətrafındakı 60-dan çox erməni, rus və serb terrorçularla xəndək təxribatlarına qatılan "Məzlum rus” Türk təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatdan canını xilas edə bilib.


Diyarbəkrin Sur qəsəbəsində kənd ərazilərinin terrorçulardan boşaldılmasından sonra "heç bir halda sağ olaraq ələ keçirilməsinlər, yandırın” əmrinin də "Məzlum Rus” tərəfindən verildiyi ehtimal olunur. Terrorçuları yandırdığı digər PKK mənsublarının guya türk əsgəri və polisi tərəfindən yandırıldığı məlumatını da yayıb.

Onu da xatırladaq ki, Türk ordusunun 2015-ci ildə cənub-şərq istiqamətində başlatdığı əməliyyata o zaman Rusiya Xarici işlər naziri rəsmi şəkildə reaksiya verərək tənqidi mövqe ortaya qoymuşdu.

Türk kəşfiyyatı-Milli Kəşfiyyat İdarəsinin yaxın müşahidəsi altında olan "Məzlum Rus” və Səid Həsənə qarşı Türk Silahlı Qüvvələri Sincarda hava əməliyyatları keçirib.

Yerli qaynaqlar əməliyyat zamanı 18 terrorçunun öldürüldüyünü təsdiq etsə də, onların içərisində "Məzlum Rus” və Səid Həsən tapılmayıb.
 

Türk ordusunun ilk hücumundan ağır yaralı olaraq xilas olan "Məzlum Rus” PKK-nın sağlamlıq mərkəzinə çevirdiyi Əl-Sakiniyə kəndinə gətirilib. MİT-in əldə etdiyi sahə informasiyasına paralel hava əməliyyatı keçirərək terror nöqtəsi darmadağın edilib.


"Məzlum Rus”un bu hava əməliyyatı zamanı öldürüldüyü açıqlanıb. Amma bəzi qaynaqlar "Məzlum Rus”un hadisə yerindən sağ çıxarıldığını da iddia edib. Əməliyyatdan sonra PKK tərəfindən yayımlanan xəbərlərdə "Məzlum Rus” ləqəbi "Məzlum Roj” kimi təqdim edilib. (Teleqraf.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO

Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO

DİM sabah imtahan keçirəcək

DİM sabah imtahan keçirəcək

DTX-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı PAYLAŞIM - FOTO

DTX-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı PAYLAŞIM - FOTO

FAKTİKİ HAVA: Bəzi dağlıq ərazilərə qar yağır

FAKTİKİ HAVA: Bəzi dağlıq ərazilərə qar yağır

İran ABŞ-ın Küveytdəki hərbi bazasına zərbələr endirdi – VİDEO

İran ABŞ-ın Küveytdəki hərbi bazasına zərbələr endirdi – VİDEO

Azərbaycan neftinin qiyməti 128 dolları keçdi

Azərbaycan neftinin qiyməti 128 dolları keçdi

Daha bir rayonda KÜTLƏVİ İXTİSAR: 46 nəfər işsiz qaldı

Daha bir rayonda KÜTLƏVİ İXTİSAR: 46 nəfər işsiz qaldı

Röyanın xalası qızı özünə dəbdəbəli TOY ETDİ - VİDEO

Röyanın xalası qızı özünə dəbdəbəli TOY ETDİ - VİDEO

Tətil bitdi, tıxaclar başladı – SİYAHI

Tətil bitdi, tıxaclar başladı – SİYAHI

Su dolan evlərə dəyən ziyanı kim ödəyəcək? – Video

Su dolan evlərə dəyən ziyanı kim ödəyəcək? – Video

Rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

11 günlük tətil bitdi - Dərslər başladı

11 günlük tətil bitdi - Dərslər başladı

Çayxanada müştərini döyən şəxs AZADLIĞA BURAXILDI

Çayxanada müştərini döyən şəxs AZADLIĞA BURAXILDI

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri SIRASINDADIR - “Global Terrorism Index 2026” açıqlandı - FOTO

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri SIRASINDADIR - “Global Terrorism Index 2026” açıqlandı - FOTO

Palm Beach hava limanına Donald Trampın adı verilir

Palm Beach hava limanına Donald Trampın adı verilir

Evində maşını olanların NƏZƏRİNƏ

Evində maşını olanların NƏZƏRİNƏ

Tehranın bir hissəsi işıqsız qaldı - VİDEO

Tehranın bir hissəsi işıqsız qaldı - VİDEO

105 yaşlı britaniyalı qadının uzunömürlülük sirri açıqlandı: hər gün bir qədəh...

105 yaşlı britaniyalı qadının uzunömürlülük sirri açıqlandı: hər gün bir qədəh...

“Bir ayağım qəbirdə, digəri isə...” - “Kişi sözü”nün Niyazı

“Bir ayağım qəbirdə, digəri isə...” - “Kişi sözü”nün Niyazı

"Çinli Nostradamus": İran müharibəsi fəlakətə səbəb olacaq

"Çinli Nostradamus": İran müharibəsi fəlakətə səbəb olacaq

Prezident Soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – FOTO

Prezident Soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – FOTO

İran Dubay və Şarjanı VURDU - Neft kəskin bahalaşdı

İran Dubay və Şarjanı VURDU - Neft kəskin bahalaşdı

XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT

XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT

End of content

No more pages to load

RADİO