Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ ətrafındakı vəziyyəti, rus sülhməramlılarının fəaliyyətini və Qarabağdakı humanitar missiyanı müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya dövlətinin başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Peskov Rusiya prezidentinin sülhməramlıların fəaliyyəti və Qarabağdakı humanitar missiyanın işi barədə söhbət açdığını vurğulayıb.
O, əlavə edib ki, müzakirələrdə Rusiyanın sosial-iqtisadi daxili gündəminin müxtəlif aktual məsələlərinə də toxunulub.
Bizim.Media