Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon vasitəsilə intensiv təmasdadır.
Bizim.Media məlumat verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
O, Rusiya Prezidentinin Qarabağ nizamlanması prosesində intensiv dialoqda olduğunu deyib. Peskov bildirib ki, Vladimir Putin Ermənistan və Azərbaycandan olan həmkarları ilə müntəzəm telefon danışığı aparır.
Bizim.Media