Niderland arxeoloqları kütləvi məzarlıq aşkarlayıblar. Arxeoloqlar məzarlıqdan 20 insan skeleti tapıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “NU.nl” qəzeti yazıb.
Məzarlıq Vianen şəhərinə yaxın orta əsrlərə aid Beytşteyn qalasının ətrafında aşkar edilib.
İnsan qalıqlarının arasında hər hansı bir parça və ya zərgərlik əşyasının izinə rast gəlinməyib. Bəzi skeletlər isə üst-üstə yığılıb.
Yerli bələdiyyə sədri Krista Hendriksen tapıntıdan “təəccübləndiyini” söyləyib. O deyib ki, tarixi bir tapıntıdır və skeletlər son Orta Əsrlərdən bir neçə əsr əvvələ təsadüf edir.
Bizim.Media