Ukrayna Türkiyədən beş silahlı pilotsuz uçuş aparatı almağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərərgah rəisi Ruslan Homçak məlumat verib.
O, bildirib ki, Ukrayna ordusu üçün gələn il beş ədəd “Bayraktar” pilotsuz uçuş aparatı alınması qərarlaşdırılıb.
Homçak Türkiyə PUA-larının fərqli taktika və texniki xüsusiyyətlərə malik olduğunu qeyd edib.
Bizim.Media