Ermənistanın və onun xalqının beynəlxalq münasibətlərdə obrazı mənfidir.
Bizim.Media erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın prezidenti Armen Sarkisyan deyib.
O Ermənistanın ictimai rəy uğrunda mübarizəni uduzduğunu deyib.
Ermənistanda iqtisadi və siyasi böhranın göz qabağında olduğunu vurğulayan prezident problemin beynəlxalq münasibətlərdə də hökm sürdüyünü söyləyib:
''Çünki ölkəmizin və xalqımızın obrazı mənfidir. Erməni xalqı Dağlıq Qarabağ münaqişəsinin nəticələri ilə əlaqədar mənəvi-psixoloji zərbə alıb''.
Bizim.Media