Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı tərəflər Şərqi Aralıq dənizi, Dağlıq Qarabağ və Əfqanıstanla bağlı fikir mübadiləsi aparıblar.
Bizim.Media