44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatında informasiya yayılıb.
Hərbi qulluqçunun meyitinin qalıqları Cəbrayıl istiqamətində aşkarlanıb. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 656-ya çatıb.
Bizim.Media