Artıq tarixin səhnəsindən silinmiş qondarma rejimin “başçı”sı Araik Arutyunyan gizli Moskva səfərinin bəzi detalları məlum olub.
Bizim.media xəbər verir ki, bu barədə məlumatı “Mediaport” telegram kanalı yayıb.
Mediada gedən xəbərlərə görə, Araik Rusiyada noyabrın 25- nə qədər qalmaq fikri olub. Lakin fotolarının işıq üzünə sızması onun planlarını alt-üst edib və o, tələsik Ermənistana qayıdıb.
Kanalın məlumatına görə, uçuş üçün 25.000 avro xərcləyən Araik Rusiyayan Ermənistana “Cessna 525 Citation jet” özəl təyyarəsi ilə uçub.
Erməni mətbuatı ölkədə iqtisadi köçüşün, bu qədər qaçqının olduğu, müharibədə yaralananlara adi dərmanların tapılmadığı bir vaxtda Araikin 25 min avroluq uçuşuna səbəb axtarırlar.
Vüsalə Balayeva, Bizim.Media