"Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlılarının sayının artırılması ilə bağlı deyilənlər doğru deyil".
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə açıqlama verib.
Peskov bildirib ki, bölgədəki qurumlararası humanitar yardım mərkəzinin fəaliyyətini təmin etmək üçün əlavə heyət cəlb edilib.
Xatırladaq ki, Qarabağda Rusiyanın 1 960 canlı qüvvə, 90 zirehli daşıyıcı texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı birləşməsi yerləşdirilib. Həmçinin bölgədə 5 humanitar mərkəz yaradılıb.
Bizim.Media