Erməni komandir: “Təslim olmaq üçün azərbaycanlılar bizə 20 dəqiqə vaxt verdilər” – İRƏVANDA mühakimə olunur

Ötən ilin dekabrında, Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatın imzalanmasından təxminən bir ay sonra Hadrut ətrafındakı Çaylaqqala və Köhnə Tağlar kəndlərinə sızıb orada mövqe tutmuş bir qrup erməni hərbçisinin komandiri Arsen Kazaryan Ermənistanda mühakimə olunur. 

Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, podpolkovnik Arsen Kazaryan erməni hərbi qulluqçularının əsir alınması işinə görə əsas təqsirləndirilən şəxsdir.
 

Həmin hərbi qulluqçular noyabrın sonlarında Ermənistanın Şirak və Armavir vilayətlərindən gətirilərək Laçın dəhlizindən keçməklə azad edilmiş ərazilərin içərilərinə sızdırılmışdı. Onlar hərbi əməliyyatların başa çatmasından sonra tutulduqları üçün hərbi əsir sayılmırdı.


Xatırladaq ki, Çaylaqqala və Köhnə Tağlar kəndləri ətrafında Azərbaycan xüsusi təyinatlıları tərəfindən tutulmuş 62 erməni hərbçisinin işi üzrə Bakıda bir neçə mərhələdə məhkəmə prosesi keçirilib. Azərbaycan tərəfi bu qrupun üzvlərindən bir qisminə yüngül cəza verməklə həbsdən buraxıb. Bakının bu humanitar jestinə cavab olaraq erməni tərəfi işğaldan azad edilmiş ərazilərin mina xəritələrinin bir qismini təqdim edib.

Dəstə üzvlərindən bir qismi isə 6 il həbs cəzası alıblar.

Bu erməni hərbçilərinin işi üzrə məhkəmə prosesində təqsirləndirilənlər həmin Arsen Kazaryanın adını dəfələrlə çəkiblər. Onları Hadrut ətrafına Kazaryanın gətirdiyini deyiblər. Bildiriblər ki, Kazaryan onlara postda növbə çəkənləri əvəzləmək üçün Azərbaycan ərazilərinə gətirildiklərini deyib. Amma daha sonra özü onları tərk edərək aradan çıxıb.

İndi Kazaryan Yerevan məhkəməsində bildirir ki, ona qarşı irəli sürülən ittihamı qətiyyən qəbul etmir. Çünki 44 günlük müharibə zamanı əmrləri “qüsursuz” yerinə yetirib və əlindən gələni edib ki, tabeçiliyində olanlar ölməsinlər və əsir alınmasınlar.

Kazaryan deyir ki, onun bölməsini Çaylaqqala kəndinə hansısa döyüş vəzifəsi olmadan göndərmişdilər. Onlar kəndin ətrafında mövqe tutmalı və əvəzlənəcəklərini gözləməli idilər.

Rəhbərlik isə onları əmin edibmiş ki, Azərbaycan tərəfi hücum etməyəcək.

“Rəhbərliklə əlaqə ancaq mobil rabitə ilə mümkün idi. Dekabrın 13-də Azərbaycan tərəfi onqat üstün qüvvələrlə hücum etdi. Bizə 20 dəqiqə vaxt verildi ki, silahlarımızı təhvil verib təslim olaq. Rəhbərliklə əlaqə saxlaya bildik, amma bizə dedilər ki, danışıqlar gedir və azərbaycanlılar hücum etməyəcək. Kömək gəlmədi, düşmən hücum etdi və sursatımız qurtaranda biz geri çəkildik”,-o deyir.
 

Kazaryan bildirir ki, onu Köhnə Tağlar kəndində hərbçilərin əsir alınmasına görə günahlandırırlar. Amma həmin bölmə onun komandanlığı altında deyildi və necə əsir düşdüklərini bilmir.


Kazaryanın vəkili Vaan Ovanisyan isə bildirib ki, hakimiyyət onun müdafiə etdiyi şəxsi “günah keçisinə” çevirmək istəyir.

Onun sözlərinə görə, podpolkovniki dairəvi müdafiənin təşkili barədə əmri yerinə yetirməməkdə günahlandırırlar. Hansı ki, Kazaryan belə əmr almayıb və belə yazılı əmr mövcud deyil.

“Biz baş nazir Nikol Paşinyanın və bəzi XİN nümayəndələrinin dindirilməsi üçün vəsatət qaldıracağıq. Çünki onlar insident barədə cinayət işində olmayan informasiyalar haqda danışırlar, istintaq orqanı isə düşmənin hücum etməsi barədə bizim dediklərimizə skeptik yanaşır”, deyə vəkil bildirib.

Kazaryanın sabah məhkəmə zalında həbs olunacağı gözlənilir. (virtualaz.org)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəkidə ev yandı: Xəsarət alanlar var

Şəkidə ev yandı: Xəsarət alanlar var

Röya Ayxanın oğlu bu ölkədə Universitetə DAXİL OLDU - ÖZƏL

Röya Ayxanın oğlu bu ölkədə Universitetə DAXİL OLDU - ÖZƏL

Özbəkistandan Azərbaycana gətirilən arılarda gənə var? - RƏSMİ AÇIQLAMA

Özbəkistandan Azərbaycana gətirilən arılarda gənə var? - RƏSMİ AÇIQLAMA

Əmlakların qeydiyyatı ilə bağlı Əli Əsədovdan QƏRAR

Əmlakların qeydiyyatı ilə bağlı Əli Əsədovdan QƏRAR

Bu futbolçu “Karvan-Yevlax”ı TƏRK EDƏCƏK

Bu futbolçu “Karvan-Yevlax”ı TƏRK EDƏCƏK

Xarici media subyektlərinin filiallarının ölkəmizdə qeydiyyatı ilə bağlı YENİ TƏLƏB

Xarici media subyektlərinin filiallarının ölkəmizdə qeydiyyatı ilə bağlı YENİ TƏLƏB

"Ona gələn şərhləri mənə yazsaydılar, küçəyə çıxa bilməzdim"

"Ona gələn şərhləri mənə yazsaydılar, küçəyə çıxa bilməzdim"

Ərəb ölkələri Yaxın Şərqdəki münaqişəyə görə 200 milyard dollar İTİRƏCƏK

Ərəb ölkələri Yaxın Şərqdəki münaqişəyə görə 200 milyard dollar İTİRƏCƏK

Qaxda İYRƏNC MƏNZƏRƏ – Un kisəsindən görün nə ÇIXDI – ÖZƏL/VİDEO

Qaxda İYRƏNC MƏNZƏRƏ – Un kisəsindən görün nə ÇIXDI – ÖZƏL/VİDEO

721 nəfərin yaşadığı qəsəbənin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib - FOTO

721 nəfərin yaşadığı qəsəbənin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib - FOTO

"Kəmalə Günəşliyə halallıq vermirəm, qazandığını dərmana VERSİN" - VİDEO

"Kəmalə Günəşliyə halallıq vermirəm, qazandığını dərmana VERSİN" - VİDEO

Ağcabədidə qanuna zidd toy - Bələdiyyə sədrinin bacısı uşaqları evləndi

Ağcabədidə qanuna zidd toy - Bələdiyyə sədrinin bacısı uşaqları evləndi

Aynur Dadaşovanın evində toy olacaq

Aynur Dadaşovanın evində toy olacaq

Bayram günlərində dəmir yolu ilə daşınan sərnişinlərin SAYI

Bayram günlərində dəmir yolu ilə daşınan sərnişinlərin SAYI

Lavrov: “Dünya siyasətində güc amili kəskin şəkildə artır” - VİDEO

Lavrov: “Dünya siyasətində güc amili kəskin şəkildə artır” - VİDEO

Saatlıq əməkhaqqı ilə bağlı YENİLİK – İyun ayınadək...

Saatlıq əməkhaqqı ilə bağlı YENİLİK – İyun ayınadək...

Yemək sifarişlərini DRONLAR DAŞIYACAQ – Kuryer peşəsi tarixdən silinir

Yemək sifarişlərini DRONLAR DAŞIYACAQ – Kuryer peşəsi tarixdən silinir

Tanınmış azərbaycanlı müğənninin səsi batdı: Bütün konsertləri LƏĞV EDİLDİ

Tanınmış azərbaycanlı müğənninin səsi batdı: Bütün konsertləri LƏĞV EDİLDİ

Bayram günlərində avtobusla daşınan sərnişinlərin sayı AÇIQLANDI

Bayram günlərində avtobusla daşınan sərnişinlərin sayı AÇIQLANDI

Sükan arxasında telefondan istifadə edən sürücüyə töhmət verildi - FOTO

Sükan arxasında telefondan istifadə edən sürücüyə töhmət verildi - FOTO

Xocavənd şəhərində daha 64 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavənd şəhərində daha 64 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

"Daşdöyən" 3 maşın MODELİ

"Daşdöyən" 3 maşın MODELİ

“Zirə”nin legioneri “FİFA Series-2026”ın ən yaxşı oyunçusu SEÇİLDİ

“Zirə”nin legioneri “FİFA Series-2026”ın ən yaxşı oyunçusu SEÇİLDİ

Unudulmayan İNSANLIQ CİNAYƏTİ – 31 Mart Soyqırımının siyasi ANATOMİYASI

Unudulmayan İNSANLIQ CİNAYƏTİ – 31 Mart Soyqırımının siyasi ANATOMİYASI

End of content

No more pages to load

RADİO