“Paşinyan əsrlərlə qurduğumuz xəyalları bir xain imza ilə basdırdı”
Bizim.Media-nın məlumatına görə, bunu “Daşnaktsutyun” partiyasının nümayəndəsi Lilit Qalstyan söyləyib.
O, məğlubiyyətdən psixoloji sarsıntı keçirdiyini deyib:
“Artsax”ın bağlı qapılarına baxıram və dəli olmaq ərəfəsində olduğumu anlayıram. İtirdiklərimiz yalnız kəndlər, minlərlə oğlanımızın başqasının torpağında tökdüyü qan deyil, eyni zamanda evlərinə dönməyən cəsədlərdir. Ağrılarımız və itkimiz saymaqla bitməz”
O bildirib ki, Paşinyan onlarla avtomobilin müşayiəti ilə bütün küçələri iflic edərək evinə yollanır:
“ Nikol, bağırtıların ömrü boyu qulağında səslənəcək və milli lənət vicdanına ağır gələcək. “Artsaxın qapıları”nı bağlamaqla və minlərlə çırağı söndürməklə xəyallarımızın qanadlarını da qırdın. “Artsax”ın bağlı qapılarını görəndə dəli olmalı idin, amma kreslodan yapışdın".
Bizim.Media