ABŞ-da noyabrın 3-də keçirilmiş prezident seçkilərində qalib gələn Co Bayden prezidentliyin ilk yüz günü üçün planlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, Bayden ilk yüz gününü miqrasiya islahatlarına və koronavirusla mübarizəyə həsr edəcəyini deyib.
O bildirib ki, senata 11 milyon sənədsiz insan üçün vətəndaşlıq almağa köməklik göstərəcək immiqrasiya qanunu göndərəcək:
“Donald Trampın iqlimə və insan sağlamlığına ziyan vuran bəzi fərmanlarını ləğv edəcəm. Trampla bağlı istintaqı isə başlatmayacağam”- deyə Bayden qeyd edib.
Siyasətçi onu da əlavə edib ki, hakimiyyətində səkkiz il vitse-prezident vəzifəsində çalışdığı Barak Obamanın "üçüncü dövrü" olmayacaq:
"Tamamilə fərqli bir dünya ilə qarşı-qarşıyayıq. Prezident Tramp mənzərəni dəyişdirdi".
Bizim.Media