Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatının nəticəsinə əsasən Dağlıq Qarabağda hərbi əməliyyatların tam dayandırılmasını Amerika tərəfi alqışlayır.
Bizim.Media-nın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Hoffman bildirib.
"Deyə bilərəm ki, indi Azərbaycan və Ermənistan arasında göründüyü kimi, bu mərhələdə riayət edilən sülh razılaşması var", - Pentaqon rəsmisi deyib.
Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair bəyanat imzalanıb.
Bizim.Media