Xəbər verdiyimiz kimi, Xankəndinin yaxınlığında bir neçə partlayış olub. Bu haqda informasiyanı erməni bloger Mika Badalyan özünün Telegram kanalında yazmışdı. Onun versiyasına görə, ərazidə mina mərmiləri zərərsizləşdirilib. Ancaq son anda partlayışın nədən baş verdiyi açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu haqda video sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, Xankəndi yaxınlığında erməni hərbi birləşmələrinə məxsus hərbi anbar göyə sovrulub.
Bizim.Media