İstanbuldan Liviyaya yola düşən Türkiyəyə məxsus “Roselina-A” gəmisi Yunanıstan Dəniz Qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılıb.
Bizim.Media «Anadolu» agentliyinə istinadla məlumat verir ki, gəmi Mora (Peloponnes) yarımadasının cənub-qərbində dayandırılıb və axtarış aparılıb.
Məlumata görə, “Roselina-A”ya helikopterlər yaxınlaşıb, xeyli sayda əsgər daxil olub. Gecə səhərədək aparılan axtaşır zamanı ərzaq, boya xaricində heç bir şey tapılmayıb.
Vurğulanıb ki, dəniz hüquqlarına görə, gəmidə axtarış etmək üçün gəmini göndərən dövlətdən icazə alınması mütləqdir.
Bundan sonra yunan qüvvələri gəmidən uzaqlaşıb və o, yenidən Misrata limanına doğru hərəkət edib.
Bizim.Media