İran tərəfini seçdi: Rəisinin Ermənistan ismarışının PƏRDƏARXASI MƏQAMLARI

Cənubi Qafqazın iki mehriban qonşusu olan İranla Ermənistan arasında əlaqələrin yüksək səviyyədə olması hər kəsə məlumdur. Cənub qonşumuzun yeni lideri İbrahim Rəisinin hakimiyyətə gəlməsindən sonra, onun qatı dindar dünyagörüşü sayəsində sözügedən münasibətlərdə mənfiyə doğru müəyyən dəyişikliklər olması haqqında ehtimallar irəli sürülsə də, bunlar, təəssüf ki, özünü doğrultmadı.

Belə ki, İran lideri özü ilə demək olar ki, eyni vaxtda hakimiyyətə gələn Nikol Paşinyanı təbrik edərkən Ermənistana olan sevdasını da nümayiş etdirməyi unutmayıb.
 

Belə ki, erməni xalqını “dost” adlandıran Rəisi İrəvanla nəqliyyat və enerji sahəsində əməkdaşlığı gücləndirmək niyyətlərindən də söz açıb.


İran lideri bu fikirləri ilə, ölkəsi üçün nicat yolu kimi görülən nəqliyyat dəhlizləri məsələsində Azərbaycanla yox, Ermənistanla əməkdaşlıq yaradacağını bir daha nümayiş etdirib. Belə ki, İran üçün Ermənistandan keçərək Qara dənizə qədər uzanan nəqliyyat dəhlizi layihəsi, görünür Azərbaycandan keçən Şimal-Cənub dəhlizindən daha ön planda özünə yer tapmağı bacarıb.

Rəisinin ikili oyunu...

“Qlobal və regional prosseslərdə sürətli dəyişikliklər İran və Ermənistan arasında dostluq və əməkdaşlığı zəruri edir” , - deyə qeyd edən Rəisi siyasi mövqeyini də ortaya qoyub. İqtisadi əməkdaşlıq istiqamətində Rəisinin tutduğu mövqe anlaşılan olsa da, regional məsələlərdə Ermənistanın xeyrinə fikirlər səsləndirməsi, onun əvvəlki çıxışlarının səmimilik payına da ciddi zərbə vurub. Belə ki, daha əvvəl Azərbaycanın işğaldan azad olunmuş bölgələri ilə bağlı rəsmi Bakıya öz müsbət fikirlərini çatdıran İran lideri bu dəfə özünə “dost” hesab etdiyi erməni xalqına dəstək verib. 
 

MÖVZU İLƏ BAĞLI:

İranın yeni prezidentindən Azərbaycanla bağlı AÇIQLAMA


Rəisinin qlobal məsələlərdə Ermənistanla əməkdaşlığı qabartması isə, İranın özünün düşdüyü durumdan çıxış yolu axtarmaq cəhdlərinin göstəricisidir. Görünür Rəisi Qərbin sanksiyaları qarşısında çarəni Paşinyanın havadarlarından və erməni diasporasından dəstək almaqda görür. 

Azərbaycanın notasına “üstüörtülü” cavab

Ümumilikdə, Rəisinin Paşinyana təbrik mesajı rəsmi Tehranın əvvəlki illərdə tutduğu erməniyönümlü mövqeyini qoruyacağına dəlalət edir. Və nə təsadüfsə, bu təbrik məhz Azərbaycnın İrana ünvanladığı notadan bir neçə gün sonra göndərilib. Görünür, Bakının haqlı tələbləri qarşısında Tehran lazımi dərsi çıxarmayıb.
 

Belə olan halda isə, Azərbaycanın İrana qarşı dostluq və ya xəbərdarlıq dili ilə danışmasının cənub qonşumuz üçün heç bir fərqi olmadığı ortaya çıxır.


Nəticə isə onu göstərir ki, Rəsininin hakimiyyətə qalacağı qarşıdakı 4 ildə İranla mövcud olan problemli məsələlərə çarə qılmaq elə də asan başa gəlməyəcək. Eyni zamanda “qardaş”larından dəstək görən ermənilər də bölgədə sülhə maneələr törətmək cəhdlərinə davam etməyə çalışacaqlar.

Lakin nə öz problemlərinə dərman tapa bilməyən İranının, nə də məğlubiyyət şokundan hələ də ayıla bilməyən Ermənistanın “sülh” cəhdlərinin Azərbaycanın haqlı mövqeyinə elə də ciddi təsiri ola bilməz.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Onlara ağsaqqal, ağbirçək demək olmur“

“Onlara ağsaqqal, ağbirçək demək olmur“

Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı - FOTO

Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı - FOTO

36 yaşında karyerasını bitirir

36 yaşında karyerasını bitirir

Pezeşkian: “ABŞ danışıqlara başlamazdan əvvəl İrana qarşı sanksiyaları ləğv etməlidir”

Pezeşkian: “ABŞ danışıqlara başlamazdan əvvəl İrana qarşı sanksiyaları ləğv etməlidir”

Proqramlaşdırmada İNQİLAB: “Google” yeni süni intellekt modelini təqdim etdi

Proqramlaşdırmada İNQİLAB: “Google” yeni süni intellekt modelini təqdim etdi

Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: “Açarı dəyişib giriblər evə” - VİDEO

Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: “Açarı dəyişib giriblər evə” - VİDEO

İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına icazə verməyəcək

İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına icazə verməyəcək

"Fənərbağça" son anda qələbəni əldən verdi

"Fənərbağça" son anda qələbəni əldən verdi

Ceyran Haşımova mirasını açıqladı - VİDEO

Ceyran Haşımova mirasını açıqladı - VİDEO

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından altı il ÖTÜR

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından altı il ÖTÜR

İstanbulda sel mağazanı yararsız hala saldı - VİDEO

İstanbulda sel mağazanı yararsız hala saldı - VİDEO

Trampdan VƏD: Respublikaçılara 400 milyon dollardan çox vəsait xərcləyəcək

Trampdan VƏD: Respublikaçılara 400 milyon dollardan çox vəsait xərcləyəcək

“Sabah” – “Borussiya” matçının ƏN YAXŞISI seçildi

“Sabah” – “Borussiya” matçının ƏN YAXŞISI seçildi

Ekspert Şəki sakininin 1500 manatını mənimsəyib? - VİDEO

Ekspert Şəki sakininin 1500 manatını mənimsəyib? - VİDEO

Bakıda 17 mərtəbəli binada yanğın oldu, sakinlər təxliyə edildi - FOTO

Bakıda 17 mərtəbəli binada yanğın oldu, sakinlər təxliyə edildi - FOTO

Tramp Ukraynanı razılaşmaya ÇAĞIRDI: “Əks halda, çox pis olacaq” - VİDEO

Tramp Ukraynanı razılaşmaya ÇAĞIRDI: “Əks halda, çox pis olacaq” - VİDEO

Sakinlərin DİQQƏTİNƏ: Bakının 3 rayonunda su olmayacaq

Sakinlərin DİQQƏTİNƏ: Bakının 3 rayonunda su olmayacaq

Fransada “Lacoste” mağazasından ayaqqabı götürən polislər gündəm oldu - VİDEO

Fransada “Lacoste” mağazasından ayaqqabı götürən polislər gündəm oldu - VİDEO

"Buna görə insanlardan qaçırdım"

"Buna görə insanlardan qaçırdım"

"Sabah" "Borussiya"ya UDUZDU - VİDEO

"Sabah" "Borussiya"ya UDUZDU - VİDEO

Zelenski: “ABŞ Ukraynaya güclü zəmanətlər vəd etdi”

Zelenski: “ABŞ Ukraynaya güclü zəmanətlər vəd etdi”

Zəngilan Şəhəri Günü ilə bağlı konsert keçirildi - FOTO

Zəngilan Şəhəri Günü ilə bağlı konsert keçirildi - FOTO

Oslo görüşündə SÜLH MESAJI: Razılaşmalar əldə edilib

Oslo görüşündə SÜLH MESAJI: Razılaşmalar əldə edilib

"Borussiya" hesabda önə keçdi - VİDEO

"Borussiya" hesabda önə keçdi - VİDEO

End of content

No more pages to load

RADİO