Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı itkin düşən hərbçiləri yaxınları Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirirlər.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, valideyinlər sabiq müdafiə naziri David Tonoyanla görüş tələb edirlər.
Onlar itkin düşmüş övladlarının aqibəti barədə məlumat almaq istəyirlər.
Ermənistan parlamentinin “Mənim addımım” blokundan olan deputatı, parlamentin müdafiə məsələləri üzrə komissiyasının rəhbəri Andranik Koçaryan bildirib ki, bir neçə saat sonra hökumət tərəfindən bu məsələ müzakirə olunacaq.
Bunun nəticələri barədə etirazçılar məlumatlandırılacaqlar.
Bizim.Media