İsrailin Baş Naziri Binyamin Netanyahu dünən Səudiyyə Ərəbistanına gizli səfər edib.
Bizim.Media-nın xəbərinə görə, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Məlumatda qeyd edilir ki, baş nazir vəliəhd Məhəmməd bin Salmanla görüşüb.
"Baş Nazir Netanyahu və Mossadın başçısı Yossi Koen dünən Səudiyyə Ərəbistanında vəliəhd ilə görüşüblər”,- deyə xəbərdə bildirilir.
Baş Nazirin ofisindən isə səfərlə bağlı bu sözlər deyilib:
"Biz bu məlumatı şərh etmirik".
Bizim.Media