Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan BMT Baş katibi Antonio Quterreşdən iş istəyib.
Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, Mnatsakanyan işlə təmin olunmasına görə 20 noyabrda BMT Baş katibi ilə əlaqə saxlayıb.
Quterreş isə məsələni diqqətdə saxlayacağını söyləyib.
Sabiq nazirin ailəsini Ermənistandan çıxarmaq niyyətində olduğu bildirilir.
Xatırladaq ki, Mnatsakanyan 2014-18-ci illərdə Ermənistanın BMT-dəki daimi nümayəndəsi olub
Bizim.Media