Ermənistanın “Veto” hərbi-ictimai hərəkatının təsisçisi Narek Malyan istefa verən və işdən çıxarılan nazirlərin ölkədən qaçmağa hazırlaşdığını söyləyib.
Bizim.Media erməni saytlarına istinadla məlumat verir ki, Malyan işdən çıxarılan bütün məmurların Nikol Paşinyanın qarşısında iki şərt irəli sürdüyünü deyib.
O bildirib ki, ilkin şərt ölkəni tez və təhlükəsiz şəkildə tərk etmək üçün diplomatik pasportların əllərindən alınmamasıdır.
Hərbi ekspert bunun qanunsuz olduğunu da vurğulayıb.
İkinci tələb isə onların ən azı 4 nəfərdən ibarət silahlı mühafizəçilərlə təmin edilməsidir:
“Nikolun bunu da etmək hüququ yoxdur. Ancaq məsələ baş nazirin xüsusi əmri ilə həll edilib" deyə o əlavə edib.
Bizim.Media