ABŞ-da Kaliforniya ştatının San-Xose şəhərindəki baptist kilsəsinə hücum olub.
Bizim.Media "ABC7"yə istinadən xəbər verir ki, kilsədəkilərə bıçaqla hücum edilib.
Hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. Polisin məlumatına görə, yaralıların bəzilərinin vəziyyəti ağırdır.
Qeyd edilib ki, hadisə baş verən zaman kilsədə ibadət olmayıb.
Hadisənin qurbanları soyuqdan qorunmaq üçün kilsəyə sığınmış evsizlər olub.
Hadisəni törədənlərin kimliyi hələlik bəlli deyil.
Bizim.Media