Türkiyədə vətəndaşların yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiyası pulsuz olacaq.
Bizim.Media “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
O, Çinin peyvənd istehsal edən “Sinovac” şirkəti ilə danışıqların başa çatdığını söyləyib.
Nazir deyib ki, ilk mərhələdə 10 milyon doza vaksin sifariş edilib.
İlkin olaraq tibb işçiləri və xroniki xəstəlikləri olanlar peyvənd ediləcək.
F. Qoca Türkiyədə yerli peyvəndin sınaqlarının uğurlu olduğunu da vurğulayıb.
O qeyd edib ki, koronavirusla mübarizə çərçivəsində xəstələr üçün “Favipiravir” dərman vasitəsi daha effektivdir.
Bu dərman vasitəsinin Türkiyədə istehsalı üçün 4 firmaya icazə verilib.
Bizim.Media