Belarusun paytaxtı Minskdə polis etiraz aksiyaları zamanı saxlanılanların sayını açıqlayıb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
Qeyd edilib ki, kütləvi tədbirlər haqqında qanunun pozduğuna görə 200-dən çox adam nəzarətə alınıb.
Paytaxt polisi saxlanılanlarla bağlı qanun çərçivəsində araşdırmalara başlayıb.
“İcazəsiz aksiya iştirakçılarına dəfələrlə qanunsuz hərəkətlərin yolverilməzliyi barədə xəbərdarlıq edilib, bundan sonra aksiyanın ən fəal üzvləri saxlanılıb”, - deyə Minsk Şəhər İcraiyyə Komitəsinin Dövlət Daxili İşlər İdarəsinin mətbuat xidməti bildirib.
Bizim.Media