Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyana cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki. bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, Movses Akopyanın mətbuat konfransında ölkə hakimiyyətini kəskin tənqid etməsindən sonra konfransla əlaqədar toplanan materiallar əsasında Akopyana qarşı “ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” maddəsi ilə cinayət işi başladılıb. Bu maddə üzrə maksimum cəza isə 6 ilə qədər azadlıqdan məhrumetmədir.
Bizim.Media