Gürcüstanda son sutkada 3824 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 100 684 -ə çatıb.
Bizim.Media Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bir gündə 33 nəfər COVID-19-dan dünyasını dəyişib.
İndiyədək Gürcüstanda koronavirus infeksiyasından 927 nəfər ölüb, 81 783 pasiyent isə sağalıb.
Hazırda 2128 nəfər karantin rejimində, 5976 nəfər isə stasionar nəzarətdə saxlanılır.
Bizim.Media