"Səlahiyyətli şəxslərin məndən qorxmaları lazım deyil, biabırçı məğlubiyyətlərindən qorxmaları lazımdır".
Bizim.Media «168.am»a istinadla xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan deyib.
O mitinqə qatılmamasının səbəbini aksiyalar başlamazdan əvvəl dindirilməyə çağırılması ilə əlaqələndirib.
Tsarukyan deyib ki, Ermənistan hakimiyyəti xalqla görüşə biləcəyindən qorxurlar:
"Ancaq Tsarukyandan qorxmağa ehtiyac yoxdur. Siyasətlərindən, biabırçı məğlubiyyətlərindən qorxmalıdırlar".
"Müharibədə iştirak etməyə və qələbəyə cəhd edən bütün dünya ermənilərindən qorxmalıyıq. Ölənlərin və itkin düşən əsgərlərin valideynlərindən qorxsunlar”,-deyə Tsarukyan qeyd edib.
Bizim.Media