Xəbər verdiyimiz kimi, Argentina millisinin lideri Lionel Messi Kataloniya "Barselona"sını rəsmən tərk edib. Mövzu ilə bağlı İrəvanın "Noa" futbol klubu Lionel Messiyə gülünc təklif irəli sürüb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “armeniasputnik.am” nəşrində yer alıb.
Mənbə yazır ki, İrəvan klubunun mətbuat xidməti əfsanəvi argentinalıya belə gülünc mesaj ünvanlayıb:
"Əziz Leo, vektoru dəyişdirmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın".
Qeyd edək ki, daha əvvəl Lionel Messinin İspaniya çempionatı ilə əlaqədar maliyyə səbəblərindən "Barselona"dan ayrıldığı məlum olub.
Messinin hazırda 34 yaşı var və 6 dəfə “Qızıl top”u əldə edib. 2004 -cü ildə "Barselona"da debüt edən Leo klubu ilə 4 dəfə Çempionlar Liqasını, 10 dəfə İspaniya çempionluğunu, 7 dəfə İspaniya Kubokunu qazanıb.
Bizim.Media