Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın arvadı Rita Sarkisyan Almaniyada ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Tass-a Sarkisyanın ofisindən məlumat verilib.
"Təəssüf ki, Rita Sarkisyan öldü" — deyə ofisin əməkdaşı söyləyib.
Bildirilib ki, 59 yaşlı Rita Sarkisyan koronavirus infeksiyasının yaratdığı fəsadlar səbəbindən dünyasını dəyişib.
Daha əvvəl Ermənistanın keçmiş prezidentinin arvadının komada olduğu deyilirdi.
Qeyd edək ki, İrəvanda xəstəxanaya yerləşdirilən Rita Sarkisyan, vəziyyəti ağırlaşdığı üçün Almaniyaya aparılmışdı.
Bizim.Media