"Bu gün azərbaycanlı hərbi əsirlər Amin Musayev və Bayram Kərimovla qeyri-insani rəftarla əlaqədar Ermənistana qarşı təcili olaraq müvəqqəti tədbirlər tətbiq etmək məqsədi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə sorğu göndərdim".
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov "Tvitter" hesabında yazıb.
Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən azərbaycanlı hərbi əsirlərə qarşı qeyri-insani rəftarı əks etdirən görüntülər yayımlanıb.
Bizim.Media