Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu Ermənistana səfər edəcəklər.
Bizim.Media «news.am» saytına istinadla xəbər verir ki, nazirlər noyabrın 21-də Ermənistana gələcəklər.
Hələlik səfərin gündəliyi dəqiq açıqlanmasa da, S.Lavrov və S. Şoyqunun Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyini qeyd edir.
Nümayəndə heyətinin tərkibində Rusiya baş nazirin müavini Aleksey Overçuk və iqtisadiyyat naziri Aleksandr Novak da var.
Bizim.Media