Paytaxt meri Kaxa Kaladze Tbilisi şəhər şurasının iclasında şəhərdəki vandalizm faktlarından danışıb.
Bizim.Media gürcü mətbuatına istinadən xəbər verir ki, mer son olayı böyük hörmətsizlik adlandırıb.
Kaladze bildirib ki, Tbilisidə Hindistanın siyasi və ictimai lideri Mahatma Qandinin heykəlinə qarşı vandalizm aktı törədilib.
Kaladze təəssüflə qeyd edib ki, abidəyə zərər yetirilib və heykəldən eynək oğurlanıb.
Xatırladaq ki, bu ilin iyul ayının 10-da M.Qandinin heykəlinin Tbilisinin Varketili rayonunda Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarın bu ölkəyə səfəri zamanı açılışı olub.
Bizim.Media